“Nardaran”-la bağlı daha bir dəstənin məhkəməsi başladı

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Etikxeber.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslərin bəzilərinin hüquqlarını müdafiə edən vəkillər olmadıqları üçün proses təxirə salınıb.

Hazırlıq iclası yanvarın 30-da davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Onlardan Taleh Bağırov və digər 18 nəfərin cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilir. Taleh Bağırovun müavini olan Elçin Qasımov və digər 12 nəfərin cinayət işi üzrə istintaq isə bir müddət əvvəl yekunlaşıb. Onların da məhkəmə prosesi davam edir.

Etikxeber.az

Read Previous

Həmməruzəçilər Azərbaycana səfərləri ilə bağlı bəyanat yaydı

Read Next

Atçılıq klubu çökdü, 2 nəfər öldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir