NARKO-DEMOKRATİYA-QIZILGÜLDƏN ÇƏTƏNƏ KOLLARINA… – Deputat yazır

“Gecə klubu” termininə keçmiş sovet məkanında o qədər də müsbət baxılmır.

Niyəsi üzərində dayanmağa ehtiyac yoxdur, çünki Birləşmiş Ştatlarla hər sahədə yarışan çoxmilyonlu imperiyanın adamları kommunizm quruculuğu ilə məşğul olarkən fərdi-özəl həyata, xüsusilə də onun leqal şəkildə təbliğ olunmasına qarşıydılar.

İndi müstəqilliyinin 30-cu ildönümünün astanasında kiçik bir Qafqaz ölkəsində- Gürcüstanda gecə əyləncələrində baş qaldıran xalq üsyanı sübut edir ki, Stalinin doğma vətənində qərbləşmə hərəkatı özünün yeni mərhələsinə qədəm qoyur.

Qəribədir, Cuqaşvilinin bir vaxtlar pastor olmaq xəyalı ilə baş vurduğu Qori ruhaniyyət seminariyası xeyirxah bir pravoslav təbəəsini yetişdirməliydi. Amma rahiblərin şiddəti və qəddarlığı səbəbilə bir adam dönüb oldu bolşeviklərin, daha sonra impeyanın lideri və bütün ömrü boyu Qərb imperializmi ilə döyüşdü.İndi isə Stalinin yeraltı dünyasında-zirzəmi dərnəklərində mühafizəkar dini, mədəni dəyərlərin büsbütün ziddinə olan məqsədlər uğrunda ölümə hazır olanlar var. Doğrudur, rəsmi Tbilisi hakimiyyəti axşamın qaranlığında polis orqanları ilə əlbəyaxa olan “ağqışqırıqçıları” bir təhər sakitləşdirib, gərginliyi söndürə bildilər, lakin tərəfdarlarının sayı hər gün ədədi silsilə ilə artan azad cəmiyyət tərəfdarları ilə savaş hələ sona çatmayıb.

Narkotiklərin qəbulu gerçəkdən Saakaşvilinin qızılgül inqilabından sonrakı mərhələsini xarakterizə etmək üçün ən yaxşı tutarqa ola bilər.Onsuz da mövcud hakimiyyət liderləri marixuananın və azad həyat tərzini yol verilən dozada hələ seçkiqabağı dövrdə vəd etmişdilər.Ona görə də dövlətin narkotik siyasəti “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvilinin müqavimətinə baxmayaraq, bir il əvvəl Konstitusiya Məhkəməsinin qərarı ilə tam leqallaşdı.Lakin hər gün sıraları genişlənən və Niderlandlı həmkarlarını özlərinin həyat idealı sayan gəncgürcülərin getdikcə artan pozğunluqları qarşısında qanun keşikçiləri dözüm göstərə bilmədilər.Məgər, aksiyaçıların qarşısında üzr istəyib geri çəkilən Daxili İşlər naziri və Tbilisinin idmançı meri bilmir ki, tamamilə sosial simasını itirən və hər cür azadlığı avrointeqrasiya üçün vacib sayan bir nəsil sabah qəti şəkildə torpaqları qorumaqdan və hərbi mükəlləfiyyətdən imtina edəcəklər?

Əlbəttə, hökumət təmsilçiləri səngərlə gecə klubları arasında məsafənin uzandığını yaxşı görürlər, hələ üstəlik, marixunananın cəngində mənən və fiziki şikəst olanların Abxaziya və Osetiyadakı təmas xəttindən daha böyük təhlükə ilə üz-üzə qaldıqlarını da əla bilirlər.Necə deyərlər,narkotika müharibəsi hər yerdə daha çox can alır.Nə etmək olar,ənənəvi dinlər və ideologiyalar iflasa uğrayırsa, mütləq əvəzində eyş-işrət qalib gəlir.Qətiyyən belə düşünülməsin ki, sərt tabuların hökm sürdüyü teokratiyalarda hər şey qaydasındadır və onlar əxlaq etalonlarıdır.Yox, əlbəttə ki. Ancaq hər halda “Qirçi” partiyasının liderinin məqsədini açıq elan etməsi demokratiyaların sonunun nə ilə qurtardığını ən qatı libarallara belə görk edir. Görün Qoça Xaçidze nə deyir: “bizim məqsədimiz marixuananın leqallaşması və dekriminallaşma ilə bağlı qanunlara nail olmaq deyil.Əsil niyyətimiz insanların fundamental azadlığı olan bədən üzərində mülkiyyət hüququnun tamamilə onlara verilməsidir”.Bəli, can mənimdir,özüm bilərəm onu dünya bazarında neçəyə və necə satıram!

zahid-2

Saakaşvilinin qızılgüllü hərəkatı sovet mirasını ləğv etməkdə gürcülərə çox kömək oldu.Hamı onları demokratiyanın mayakı adlandırır, öz hökumətlərini qonşularındakı qanunçuluqla məzəmmət edirdilər.Əlbəttə, kommunistlərin üsul-idarəsini birdəfəlik məhv etmək üçün Mişanın həyata keçirdiyi tədbirlərin bənzərsiz olduğunu inkar etmək mümkün deyil.

Amma unutmaq olmaz ki, 90-cı illərin sosial-iqtisadi böhranından sonra müharibədəki məğlubiyyətlərin əvəzini spirtli içkilər və Əfqan heroini ilə keyləşdirməyə çalışan böyük bir dairə-çeçenlərdən tsvanlara qədər olan qurşaqda əsil narkotranzit açılmışdı və dövlətlərdən qabaq kriminal qruplaşmalar beləcə qitələrarası yollar çəkmişdilər. Saakaşvili ölkəsinin bandit və bespredel simasını köklü şəkildə dəyişməyi bacardı. O qadağan olunan psixotrop maddələrin satışı, yayılması və qəbulu ilə bağlı sanksilayaları 5ildən 12 ilə qədər cəza ilə aradan qaldırmağa çalışırdı.

Uğurlu oldumu o mübarizənin nəticəsi,yoxsa, sıxılan kütlə indiki kimi “posmüharibə sindromu”ndan beləcə iynəyə oturmaqlamı çıxdı,onu kəsinliklə demək çətindir.Hər halda Mişa üçün qarşıdan gələn seçkilərə görə cəmiyyətdə baş qaldıran hər cür protest faydalıdır.Onsuz da Bidzinanın arxa plandan yönləndirdiyi ölkə modeli Avropa Birliyini və NATO-nu qəzəbləndirməyə başlayıb, ona görə də milyarder siyasətçi partiyasının rəhbərliyinə rəsmi olaraq yenidən qayıtdığı günlərdə ona gecə klublarından açılan atəşləri birbaşa düşmənlərinin hesabına yaza bilərdi.

Xüsusilə də qonşu Ermənistanda Paşinyan kimi bir qaragüruh liderinin Sarkisyan rejimini dəyişməyə nail olması fonunda eyni dalğanın “Buş küçəsi”nə sıçraması tam real ola bilər.Odur ki, aksiyaçıların əleyhinə qaldırılan sağ radikal və millətçi “Gürcü marşı” hərəkatı ilə baş-başa gəlib vətəndaş toqquşmlarının dərinləşməsinə yol verilmədi.

Bəli, inqilab öz bəhrəsini verir.Bir vaxtlar sovet tanklarına qarşı canlarını sipər edən “9 aprel” qurbanlarının abidəsi qarşısında “qu gölü” rəqsinə çıxan hər cür azlqılar getdikcə çoxluğa çevrilir və bütün müqəddəslikləri insan azadlıqlarının ayaqları altında görürlər.Bir azdan eynicinsli nikahlar,orta məktəb yaşlı uşaqların hər cür əxlaq çərçivələrini qırmasına yaşıl işıq, rəsmi qurulan ailə modellərin yabançı sayılması,qeyri-rəsmi izdivacdan doğulan minlərlə körpə və kilsələrin dekorasiyaya çevrilməsi fonunda Stalinin ruhu yenidən öz vətənində təcəlla edib soruşacaq-bəs, dini tiryək saydığına görə “xalqlar atası”na lənət yağdıranlar, məscid və kiləsləri taxıl anbarlarına çevirdiyinə görə onu “allahsız” elan edib inkivizisiya məhkəməsinə çəkənlər indi Gürcütanda baş qaldıran narkoməstliyə nə ad verirlər?

Məncə sual hamı üçün aktualdır.

Çünki ağ ölümün çənginə aldığı nəslin orta yaşı 19la 22-nin arasındadır.

Axı qızılgüldən sonra əlinə çətənə kolları götürən millətlərdən fərqli yol seçənlər də sonradan demokratik azadlıqların qurbanı olublar.

Bəli, məscidə it bağlayan Mirpaşaya acıyarkən,demokrat adı ilə seyidlərdən daha qorxulu olanların olanların dövrü gəlib çatıb.

Qızılgüllərdən sonrakı məstlik yaman olur!

Zahid ORUC,

Millət vəkili

Etikxeber.az

Read Previous

Bakıda kafedə güclü partlayış: İki ölü, iki yaralı – YENİLƏNİB – (1)

Read Next

“Üzləşdiyimiz münaqişələr ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır…” – İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir