Narkomanlığın yayılmasının səbəbləri tədqiq ediləcək?!

“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı birinci müsabiqədə iştirak edib və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin cəmiyyət üçün təhlükəsi və bu sahədə qanunvericiliyin rolu mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi» adlı layihəsinin qalibi olub.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən layihə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədən, bu prosesin Azərbaycan cəmiyyəti üçün təhlükəsindən və bu sahədə qanunvericiliyin rolundan bəhs edir.

Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə həmişə diqqət mərkəzində olmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdən ölkədə narkomanlığa, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət səviyyəsinə qaldırıb.

Bu strateji kurs hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffə­qiyyətlə, uğurla davam etdirilir.

Bununla yanaşı, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə gənc nəslin sağlamlığının qorunması və inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər də olduqca əhəmiyyətlidir.

«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriy­yəsinin cəmiyyət üçün təhlükəsi və bu sahədə qanunvericiliyin rolu mövzusunda maarifləndirmə tədbirlərinin keçirilməsi» adlı layihənin icrası dövründə “NARKOMANİYAYA QARŞI MÜBARİZƏ MODULU: YERLİ VƏ BEYNƏLXALQ TƏCRÜBƏ” adlı xüsusi Azərbaycan dilində kitab nəşr olunması plan­laşdırılır.

Layihənin müddəti 01.05.2019 – 01.11.2019-ci il tarixinədək (6 ay) dövrü əhatə edir. Layihənin əsas məqsədləri və vəzifələri aşağıdakılardır:

Layihənin əsas məqsədi – Narkomanlığın yayılmasının səbəblərini tədqiq etmək; gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması; bu sahədə maarifləndirmə işinin lazımi səviyyədə qurulmasına tövhə vermək; Narkomaniya ilə mübarizənin bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da daim diqqət mərkəzində olduğunu sübut etmək; problemin ictimai təhlükəliyini önə çəkmək; təşkil olunan görüşlərdə sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunmasına nail olmaq təşkil edir.

cpf

Layihənin əsas vəzifəsi isə: 1) Əhali qruplarını başa salmaq lazımdır ki, Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür.

2) İzah etmək lazımdır ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və beləliklə, cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədi ilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Layihənin icra müddəti ərzində paytax­tımızda (Bakı şəhəri) və regionda (İsmayıllı və Şamaxı rayo­nları) keçiriləcək tədbirlərin Azərbaycan xalqının inkişafında müsbət təsiri olacaqdır.

Layihənin icrası zamanı həyata keçirilmiş işlər haqqında təşkil olunmuş müvafiq yer­də yekun iclas keçiriləcək və müvafiq dövlət strukturlarının və KİV-lərin nü­ma­yən­dələri, digər şəxslər dəvət olunacaqdır. Müvafiq sənədlər və materiallar top­la­na­raq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təş­kilat­la­rı­na Dövlət Dəstəyi Şurasına hesabat təqdim ediləcəkdir.

Etikxeber.az

Read Previous

“Bu, insanların güzəranına çox ciddi təsir edirdi…” – VAHİD ƏHMƏDOV QAZ LİMİTİNİN ARTIRILMASINI ALQIŞLADI

Read Next

İlham Əliyev Rodolfo Nin Novoa və Mixail Mirilaşvilini qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir