Narkoticarət trafikinin qarşısını alınıb-KOMİTƏ SƏDRİNDƏN AÇIQLAMA

Torpaqlarımızın işğaldan azad olunması həmin ərazilərdən keçən narkoticarət trafikinin qarşısını alıb.

Etikxeber.az xəbər verir ki, bu barədə yanvarın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş tədbirdə DGK-nin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, trafikin qarşısının alınması sayəsində ötən ilin ikinci yarısından sonra 2 tondan çox narkotik vasitə aşkarlanıb.

Komitə sədri həmçinin deyib ki, 2021-ci ildə “smart customs” və digər elektron xidmətlərdən istifadə 14 milyondan çox olub.

Bildirib ki, bu xidmətlərin 7-8 milyonu fiziki şəxslərin payına düşür.

Etikxeber.az

Read Previous

Türkiyənin Dövlət Bayrağına hörmətsizlik edən şəxs-SAXLANILDI…

Read Next

Müdafiə Nazirliyindən əsgər valideynləri və yaxınlarına-MÜRACİƏT…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir