Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik tərkibli dərmanların satışını həyata keçirən şəxsi saxlayıblar.
DİN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, daxili işlər orqanları Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən, məhdudlaşdırılan narkotik vasitələrin və onların prekursorlarının, eləcə də psixotrop tərkibli dərmanların qeyri-qanuni satışına qarşı mübarizəni uğurla davam etdirir.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə (BNMİ) Yasamal rayonundakı apteklərdən birində dövriyyəsi qadağan olunan narkotik tərkibli dərmanların satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin aptekdə işləyən Şirvan şəhər sakini Tural Abıyev güclü psixotrop təsirə malik olan 9 ədəd “Lyrica” kapsulunu satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılan şəxsin işlədiyi aptekə baxış zamanı oradan əlavə olaraq psixotrop tərkibli 3200 ədəd “Tramadol”, 112 ədəd “Lyrica”, 1335 ədəd “Pregabalin” kapsulaları, 165 ədəd “Tradolex” ampulaları və 4 ədəd “Tropicamide Mydrax” flakonu aşkarlanaraq götürülüb.
İlkin dindirmə zamanı T.Abıyev işlədiyi aptekdə həmin dərmanların satışını həyata keçirdiyini etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Etikxeber.az