Narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə bağlı cərimə və cəzalar müəyyən olundu

Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcək.

Etikxeber.az-ın məlumatına görə, bu, bu gün Milli Məclisin (MM) plenar iclasında qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İşin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

“Az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar nəzərdə tutulur.

Qeyd edək ki, indiyə qədər İnzibati Xətalar Məcəlləsində bununla bağlı müvafiq maddədə satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarında əkilməsinə, yetişdirilməsinə və ya toplanılmasına görə yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə nəzərdə tutulurdu.

MM Cinayət Məcəlləsinə dəyişikliyə də qəbul edib. İndiyə qədər qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasyia etməyə görə 200 manatdan 1000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilib.

Dəyişikliyə əsasən bu halda xeyli miqdar şərti müəyyən edilir. Başqa sözlə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasyia etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama ) görə 200 manatdan 1000 manatadək cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək.

Etikxeber.az

Read Previous

Deputat parlamentdə şəhid Çingiz Qurbanovun məsələsini qaldırdı…

Read Next

Ombudsman Xocalı soyqırımının ildönümü ilə bağlı beynəlxalq təşkilatlara səsləndi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir