Narkotik ticarəti ilə bağlı bu ölkədə-FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLDİ…

Ekvador Prezidenti Gillermo Lasso ölkədə fövqəladə vəziyyət elan edib.

Etikxeber.az-ın xarici mediaya istinadən xəbərinə görə, prezident bu qərarı ölkədə genişlənməkdə olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə məqsədilə verib.

Ekvador rəhbəri xalqa müraciətində narkotik ticarətini ölkənin bir nömrəli düşməni adlandırıb.

Prezident qeyd etdi ki, Ekvador tranzit ölkə statusundan narkotik istifadə edən ölkəyə çevrilib.

“Ölkədə mövcud olan narkotik problemi nəinki istehlak edilən qanunsuz maddələrin həcmində, həm də onlarla birbaşa və ya dolayısı ilə əlaqəli cinayətlərin sayında ifadə olunur. Cinayətlər, soyğunçuluq, oğurluq və s. bu kimi hallar məhz narkotik ticarətinin artmasından qaynaqlanır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Zəngilansızlığa son qoyulduğu gün-20 OKTYABR 2020-Cİ İL…

Read Next

Şəhid Cəmil Məmmədlinin oxuduğu 163 saylı məktəbdə büstünün və baralyefinin izdihamlı-AÇILIŞI – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir