Narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı 2 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb-DİN

Martın 31-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Etikxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, narkotiklərlə əlaqəli 49, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Daha sonra “Axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb”-deyə, məlumatda qeyd edilib.

Etikxeber.az

Read Previous

“Fransanın rəsmi qurumları təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır”-AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRLİYİ

Read Next

Dövlət sərhədini pоzan 51 nəfər saxlanılıb-DSX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir