Nasist və monoetnik Ermənistan – PA RƏSMİSİNDƏN SƏRT SÖZLƏR

PA rəsmisi: Ermənistan bu regionda nasist siyasət aparan yeganə monoetnik dövlətdir

Ermənistanda nasist siyasət aparılır.

Etikxeber.az xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) xarici KİV və QHT-lərlə iş sektorunun müdiri Fuad Axundov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1988-ci ildə Ermənistanda etnik azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar:

fuadik

“Bu gün Ermənistanda bir dənə olsun belə azərbaycanlı yoxdur. Bu ölkə bu regionda yeganə monoetnik dövlətdir, yəni, ermənilərdən savayı başqa xalqların və millətlərin nümayəndələri orada yaşamır. Amma Azərbaycan çoxsaylı xalqların və millətlərin yaşadığı  polietnik bir dövlətdir. Burada bütün xalqların, millətlərin  birgəyaşayışı mövcuddur.

Həmçinin, region ölkələrindən Rusiya, İran, Gürcüstan, Türkiyə hamısı çoxmillətli, polietnik ölkələrdir. Ancaq bu regionda nasizm siyasəti, etnki təmizləmə siyasəti həyata keçirən yeganə monoetnik dövlət Ermənistandır. Hətta, bir neçə il öncə xaricdə keçirilən bir tədbirdə sual verildi ki, Ermənistanda nə qədər azərbaycanlı yaşayır, cavab verdik ki, heç kim. Dedilər ki, necə, yəni heç kim? Biz bir daha dedi ki, 1988-ci ildən Ermənistanda bir nəfər olsun azərbaycanlı yaşamır. Bu ölkə nasist siyasət yeridir…”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Yuventus”un prezidenti Anelli Bakıya gəlir – SABAH

Read Next

“Azərbaycan Avropa məkanında” adlı BEYNƏLXALQ KONFRANS: “NƏ ETMƏLİYİK?! – SƏMƏD SEYİDOV – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir