Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycan-NATO əməkdaşlığı genişlənir”.
Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclisin (MM) NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızının bildirdiyinə görə, bu gün Azərbaycan Respublikası özünün müstəqil və çoxşaxəli xarici siyasət strategiyası ilə beynəlxalq təhlükəsizliyin təmin olunması işinə əhəmiyyətli töhfələr verir.
Millət vəkili bildirib ki, ölkəmiz regional və beynəlxalq təhlükəsizliyin təmin olunması işində mühüm əməkdaşlıq münasibətlərinə malikdir.
Onun sözlərinə görə, bu sırada Azərbaycan-NATO münasibətləri xüsusi əhəmiyyət kəsb edir.
M. İbrahimqızı mətbuata açıqlamasında həmçinin deyib ki, Azərbaycan NATO-ya üzv olmasa da, Alyansın müxtəlif xarakterli proqramlarında uğurla təmsil olunur.
“NATO da Azərbaycanla əməkdaşlığa xüsusi önəm verir, çünki Azərbaycan regional təhlükəsizliyin qarantı və inkişaf mənbəyidir. Prezident İlham Əliyevin bu yaxınlarda Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi ilə görüşü və aparılan müzakirələr Azərbaycanla NATO arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini göstərir. Ümumiyyətlə, Azərbaycan-NATO münasibətlərinin perspektiv inkişafı üçün əlverişli zəmin mövcuddur. Xüsusilə Azərbaycanın beynəlxalq antiterror koalisiyasında fəal iştirakı NATO-nun ölkəmizlə əlaqələri gücləndirməsini zəruri edir” -deyə, millət vəkili mətbata açıqlamasında sonra vurğulayıb.
Etikxeber.az





