NATO-nun mobil təlim qrupu tərəfindən seminar keçirilir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, NATO-nun Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Azərbaycan Respublikasında “Maddi-Texniki Təminatın Əsasları” mövzusunda seminar keçirilir.

Etikxeber.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbir müddətində NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “Maddi-Texniki Təminatın əsasları”, “Əməliyyatlarda Maddi-Texniki Təminatın planlaşdırılması” və digər mövzular barədə məlumatlar verilir, eləcə də sindikatlar təşkil edilir.

Tədbirdə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən hərbi qulluqçular iştirak edir.

Etikxeber.az

Read Previous

MSK referendumun yekunlarının elan edilməsi barədə qərar qəbul etdi

Read Next

Müdafiə naziri təlim-atış mərkəzində olub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir