NATO PA-nın 100-cü Rouz-Rout seminarı başlayır – BRÜSSELDƏ

Milli Məclisin (MM) deputatları Məlahət İbrahimqızı və Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarında iştirak etmək üçün aprelin 24-də Belçikanın paytaxtı Brüsselə  səfərə gedəcəklər.

Etikxeber.az xəbər verir ki, seminarda NATO genişlənməsinin parlament ölçüsü, Rouz-Rout proqramı və təşkilatın açıq qapı siyasəti, NATO tərəfdaşlığı və genişlənmə siyasətlərinin genezisi və digər mövzularda müzakirələr aparılacaq.

Millət vəkilləri qeyd olunan mövzular barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.

Səfər aprelin 27-də başa çatacaq.

Etikxeber.az

Read Previous

Musa Quliyev Qazaxıstana niyə gedir?

Read Next

Yüksək dövlət vəzifələri bundan sonra belə yazılacaq – QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir