NATO sammiti mayda Brüsseldə keçiriləcək

NATO üzvü olan dövlətlərin başçıları mayın 25-də Brüsseldə görüşəcəklər.

Etikxeber.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, liderlər Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra ilk dəfə bir araya gələcəklər.

Alyans nümayəndəsinin məlumatına görə, sammitdə “NATO-nun terrorizmlə mübarizədə rolu və müdafiə xərclərinin artırılmasının vacibliyi, həmçinin məsuliyyətin müttəfiqlər arasında daha ədalətlə bölüşdürülməsi məsələsi” müzakirə olunacaq.

ABŞ Prezidenti Donald Tramp liderlərin Brüssel görüşündə iştirak edəcək. Bu barədə Ağ evin mətbuat katibi Şon Spayser məlumat verib. Bundan başqa, Trampın aprelin 12-də Ağ evdə Şimali Atlantika alyansının baş katibi Yens Stoltenberqi qəbul etməyi planlaşdırdığı bildirilir.

Etikxeber.az

Read Previous

Azərbaycan-Almaniya milli komandalarının oyununu idarə edəcək hakimlər müəyyənləşdi

Read Next

Türkiyə Qarabağ münaqişəsinin həllində Rusiya ilə əməkdaşlıq edir – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir