Naxçıvanın daimi nümayəndəsi səfirlə-NƏDƏN DANIŞDI? – FOTOLAR

Sentyabr ayının 8-də Əlcəzair Xalq Demoktatik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.

Səfirlikdən Etikxeber.az-a daxil olan məlumata görə, öncə Bəxtiyar Əsgərov Əlcəzair səfirinə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun salamlarını çatdırıb və Səlimə Abdelhaqın Azərbaycana səfir təyin edildikdən sonra Əlcəzair səfirliyinə ilk təbrik teleqramını göndərdiyini qeyd edib.

Daha sonra Bəxtiyar Əsgərov Naxçıvanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və turizm potensialı haqqında geniş məlumatlar verib.

Bununla yanaşı, Bəxtiyar Əsgərov Qarabağ məsələsinə toxunub və ermənilərin tarixi Azərbaycan torpaqlarının işğal etməsi məsələsini vurğulayıb.

Əlcəzairin Azərbaycandakı səfiri Səlimə Abdelhaq Naxçıvan Muxtar Respublikası haqqında məlumatlı olduğunu qeyd edib, həmçinin, gələcəkdə əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulmasından söhbət açıb.

Etikxeber.az

Read Previous

“Toy mərasimlərinin müəyyən şərtlər daxilində keçirilməsi üçün icazə verilməsini zəruri hesab edirəm…”-BƏHRUZ MƏHƏRRƏMOV NƏYİ DAHA ÇOX PROBLEM HESAB ETDİ?

Read Next

Həmin gün(lər) göz yaşlarımız üzümüzdən yox, içimizdən axırdı…Sadəcə, “fəxr edin, sevinin “əsərləri”nizlə, “uğur hekayələri”nizlə” deyirəm!!!-KAMİL HƏMZƏOĞLUNUN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir