Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İsa Həbibbəyli: “Toylarda yeməyə qadağan qoyulması barədə deyilənlər Naxçıvanı gözü götürməyənlərin işidir”
Naxçıvanda toylarda yeməklərə qadağa qoyulması barədə deyilənlər ağ yalandır. Bu, Naxçıvandakı uğurları, inkişafı, nailiyyətləri gözü götüməyən insanların növbəti qarayaxma kampaniyasıdır. Belə bir məsələ Naxçıvanda görülən işlərin ruhuna, mahiyyətinə də uyğun gəlmir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında əslən Naxçıvandan olan və Muxtar Respublikanı Milli Məclisdə təmsil edən millət vəkili, akademik İsa Həbibbəyli bir sıra media orqanlarında və sosial şəbəkələrdə yer alan “bundan sonra Naxçıvanda toylarda yemək verilməyəcək. Belə ki, toylarda israfçılığın qarşısını almaq üçün tədbirlərə başlanılıb” tipli məlumatlara aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, toylar sərbəstdir, heç kim bu məsələyə müdaxilə edə bilməz.
“Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında çoxlu sayda şadlıq evləri, restoranlar tikilir, otellərin ətrafında toy, şadlıq məclisləri üçün yerlər nəzərdə tutulur. Odur ki, bu yöndə gedən müzakirələri, məlumatları ağ yalan hesab edirəm. Bunlar gözügötürməzlikdən irəli gəlir. Bəziləri Naxçıvandakı inkişafı, uğurları, nailiyyətləri gözləri götürmür və qəsdən belə məlumatlat yayılar. Heç bir əsası yoxdur”-deyə, İ. Həbibbəyli sözlərinə əlavə edib.
Etikxeber.az





