Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəhid atası Əbülfət Göydağlı bəzi ziyalılara və millət vəkillərinə kəskin etiraz edib.
Etikxeber.az-ın xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kirna kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi, evin tək və subay oğlu Ramazan Göydağlının atası, riyaziyyat müəllimi Əbülfət Göydağlı bugünlərdə Şərurlu itkin Şəhid İbrahim Vəlizadənin 28 yaşının tamam olması ilə bağlı təşkil edilmiş tədbirdə çıxışı zamanı Xalq şairi Baba Vəziroğlu və digər bəzi ziyalıların, millət vəkillərinin ünvanına sərt irad bildirib.


“Biz müharibədə, Vətən yolunda övlad vermişik…Övladlarımız Vətən, torpaq yolunda Şəhid olublar…Mən tək oğlumu itirmişəm, Vətən yolunda Şəhid vermişəm…Amma çoxları təəssüf ki, nə danışdıqlarının fərqinə varmırlar, bizim hislərimizlə oynayırlar…Ermənilərlə dostıuqdan, pivə, nə bilim nə içməkdən, oturub-durmaqdan danışırlar…Belə biabırçılıq olar?…Ayıb deyil?…Baba Vəziroğlu, özlərini ziyalı adlandıranlar, millət vəkilləri axı, sizə kim belə bir haqq verib? Bu haqqı kimdən almısız? Dövlət siyasi, iqtisadi əlaqələr qura bilər, bununla işimiz yoxdur, bu, öz yerində…Amma biz heç zaman erməniləri bağışlaya, onlarla oturub-dura, dostluq edə bilmərik…Hər kəs yaxşı bilsin ki, ermənilər bizim düşmənimiz olub, düşmənimizdir və düşmənimiz olaraq da qalacaq…Başqa bir söz ola bilməz…Şəhid ailələri də öz sözlərini deməli, etirazlarını bildirməlidir belələrinə…”-deyə, Şəhid atası əlavə edib.
P.S.Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





