Naxçıvanlı təltif olundu-MƏMMƏDOV VƏZİFƏSİNDƏN ÇIXARILDI – SƏRƏNCAMLAR

Prezident İlham Əliyev Məmməd Məmmədovun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Məmməd Əhməd oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilsin.

Xatırladaq ki, M. Məmmədov bu vəzifədə 27 il işləyib.

Prezidentin digər Sərəncamlı millət vəkili Aqiyə Naxçıvanlı “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, iki gün öncə A. Naxçıvanlının 70 yaşı tamam olub.

Etikxeber.az

Read Previous

Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi-İMZALANDI – FOTOLAR

Read Next

Əmək və sosial komitəsinin gündəliyi məlum oldu-İKİ İCTİMAİ DİNLƏMƏ VƏ TURİZMLƏ BAĞLI QANUN LAYİHƏSİNİN HAZIRLIĞINI SÜRƏTLƏNDİRMƏK NƏZƏRDƏ TUTULUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir