Nazarbayev Azərbaycana gəldi – FOTO

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev aprelin 2-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

Etikxeber.az

Read Previous

Millət vəkili Aprel şəhidinin anım mərasiminə qatıldı – FOTO

Read Next

Ermənistanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir