Nazarbayev Vətəninə qayıtdı

Aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin şərəfinə rəsmi qəbul təşkil olundu.

Sonra Nursultan Nazarbayevin Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 3-də başa çatdı.

Etikxeber.az AZƏRTAC-a istinadən  xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

Etikxeber.az

Read Previous

Əliyev: Münasibətlərimizin inkişafından çox məmnunuq – FOTOLAR – YENİLƏNİB

Read Next

Aprel döyüşləri şəhidinin xatirə lövhəsi açıldı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir