Nazarbayevin Azərbaycana və Ermənistana səfərləri ilə bağlı korrektələr edilib – MƏTBUAT KATİBİ

Kazakh President Nursultan Nazarbayev looks on during the Collective Security Treaty Organization (CSTO) summit in the Kremlin in Moscow, Wednesday, Dec. 19, 2012. (AP Photo/Mikhail Metzel)

Qazaxstan prezidenti Nursuıtan Nazarbayevin Azərbaycana və Ermənistana səfərləri ilə bağlı korrektələr olub.
Etikxeber.az “zakon.kz”-yə istinadən xəbər  verir ki,  bu barədə prezidentin mətbuat katibi Aydos Ukibay bildirib.
Qazaxstan prezidentinin səhhəti ilə bağlı jurnalistlərə açıqlama verən mətbuat katibi deyib ki,  dövlət başçısının soyuqdəymə ilə bağlı müalicəsi davam edir. “Ümumilkdə səhhətində narahatçılıq yaradan  problem yoxdur”- deyə, mətbuat katibi vurğulayıb.
Prezidentin iş qrafikinə, eyni zamanda, Azərbaycan və Ermənistana səfərlərinə  aydınlıq gətirən mətbuat katibi bildirib ki,  bununla bağlı müəyyən korrektələr  edilib: “Belə ki, həftənin sonunadək prezidentin hər hansı beynəlxalq tədbirlərdə iştirakı nəzərdə tutulmur. İrəvanda  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında isə baş nazir iştirak edəcək”.
Etikxeber.az

Read Previous

Bu günə olan valyuta məzənnələrini açıqlanıb

Read Next

Nazirlikdən dərmanlarla bağlı XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir