Nazim Babayev üç təkanla tullanmada qızıl medal qazandı – İTALİYADA

Azərbaycan atleti Nazim Babayev İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasının qızıl medalını qazanıb.

Etikxeber.az xəbər verir ki, Avropa çempionumuz N.Babayev üç təkanla tullanma yarışının finalında 16,89 metr nəticə ilə Universiadanın qalibi olub.

Bununla da o, universiadalarda ikinci çempionluğunu rəsmiləşdirib.

nap-1

Xatırladaq ki, idmançımız təsnifat mərhələsində 16,36 metr nəticə ilə finala yüksəlmişdi.

Qeyd edək ki, atletika yarışlarında digər idmançımız Zəkiyyə Həsənova 100 metr məsafəyə qaçış növündə təsnifat mərhələsində 11 saniyəlik nəticə ilə dördüncü yeri tutaraq mübarizəni dayandırıb.

Atletlərimiz universiadaya məşqçi Ziyad Xəlfəliyevin rəhbərliyi ilə qatılıblar.

Etikxeber.az

Read Previous

“Bavariya” “Yuve”nin futbolçusunu almaq niyyətindədir

Read Next

“Emin Sabitoğlu zəng etdi və dedi: Əliyev tapşırıb ki…” – XALQ ŞAİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir