Nazir açıqladı: Gələn il Azərbaycanda 160 minədək uşaq doğulacaq

“Gələn ilin sonuna doğulanların sayı 159 min nəfər,  təbii artım isə 102,5 min nəfər təşkil edəcək”.
 
Etikxeber.az xəbər verir ki,  bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
S.Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf meyllərini, əhalinin məşğulluğunu və sosial vəziyyətini səciyyələndirən göstəriciləri, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərində gözlənilən dəyişiklikləri açıqlayıb:
“2017-ci ilin sonuna Azərbaycan əhalisinin sayının 9 milyon 822 min nəfərə çatacağı gözlənilir”.
Nazir deyib ki, gələn ilin sonuna doğulanların sayının 159 min nəfər, təbii artımın 102,5 min nəfər təşkil edəcəyi, həmçinin, gözlənilən ömür uzunluğunun 75,2 yaşa, o cümlədən qadınlar üzrə 77,6 yaşa, kişilər üzrə 72,7 yaşa çatacağı, 15 yaşınadək əhalinin bütün əhalinin 22,5%-ni, 15-64 yaşadək əhalinin bütün əhalinin 71,3%-ni, 65 yaşdan yuxarı əhalinin isə bütün əhalinin 6,2%-ni təşkil edəcəyi gözlənilir.
“Əmək qabiliyyətli yaşda olan əhalinin orta illik sayının 6,2 milyon nəfər olacağı, ölkə əhalisinin 63,1%-ni təşkil edəcəyi, iqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 740 min nəfərə çatacağı və iqtisadi fəal əhalinin 95% təşkil edəcəyi proqnozlaşdırılır. 2017-ci ildə muzdla işləyənlərin orta illik sayı 1 milyon 520 min nəfər və ya məşğul əhalinin 32,1%-i qədər, iqtisadiyyatda sərbəst məşğul əhalinin orta illik sayı isə 3 milyon 220 min nəfər proqnozlaşdırılır. Nəzərdə tutulur ki, hər işçiyə hesablanmış orta əmək haqqı ilin əvvəlinə nisbətən 3,7% artaraq, 508 manata çatacaq”– deyə, nazir bildirib.
S. Müslümov onu da əlavə edib ki, 2017-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı proqnozlar əsasında əmək pensiyaçılarının orta illik sayını formalaşdırıb ki, bu da təqribən 1 milyon 324 min nəfər nəzərdə tutulur:
“Bu, hazırda orta illik saydan təqribən 16 min nəfər çoxdur ”.
Etikxeber.az

Read Previous

“Enerji və qazı mobil etmək lazımdır!” – ZAHİD ORUCUN yazısı

Read Next

İlham Əliyev yenidən prezident seçildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir