Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi hədələrdən biri kimi terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir. Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır, qınanmalı və mühakimə edilməlidir. Terroristləri qoruma və öymə hallarına yol verilməməlidir”.
Etikxəbər.az xəbər verir ki, bu sözləri BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələrində iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə Görüşündəki çıxışında deyib.
Görüşün İƏT-ə üzv dövlətlərin bəzilərinə birbaşa təsir edən artan gərginlik və beynəlxalq sülh və təhlükəsizliyə hədələr fonunda keçirildiyini vurğulayan E. Məmmədyarov bildirib ki, beynəlxalq terrorizmə vəsilə olan zorakı ekstremizmin artması, qorxu və insan hüquqları pozulmalarının çoxalması Müsəlman Ümmətinə sülh, təhlükəsizlik və ədalət gətirilməsi vəzifəsini daha da mürəkkəbləşdirir. Azərbaycan böyük təhlükəsizlik problemlərinin, bəzi regionlardakı qeyri-sabitlik, genişmiqyaslı yerdəyişmə və görünməmiş humanitar böhranların həll olunmasına öz töhfələrini vermiş bir sıra İƏT ölkələrindəki müharibə və silahlı münaqişələrin baş verməsindən çox narahatdır. Nazir deyib: “Biz Fələstin Dövlətinə beynəlxalq dəstəyin artmasını görməkdən çox məmnunuq. Mən qardaş Fələstin xalqına sülh, sabitlik və davamlı inkişaf əldə etmək uğrunda mübarizəsinə Azərbaycanın tam dəstək verdiyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Şərqi Yerusəlim Fələstin Dövlətinin paytaxtı olmaqla, İsrail-Fələstin münaqişəsinin “iki dövlət” həllinə tərəfdardır”.
Müxtəlif dinlərin ucdantutma hədəf seçilməsinin qarşısının alınmasının və islamofobiyanı dayandırmaq üçün səylərin artırılmasının vacibliyini vurğulayan Azərbaycanın xarici işlər naziri deyib: “Dünya üzrə dini və mədəni müxtəlifliyin başa düşülməsi və onlara hörmət terrorizmə qarşı beynəlxalq mübarizənin gücləndirilməsinə əhəmiyyətli şəkildə töhfə verəcək. Bu xüsusda biz İslam dini ilə bağlı böhtan və yanlış təsəvvürləri dəf etmək, həmçinin islamofobiya fenomeni ilə mübarizə aparmaq məqsədilə İƏT tərəfindən həyata keçirilən işləri təqdir edirik. Azərbaycan həmişə multikultural və dinlərarası dialoqun təşviq edilməsi və gücləndirilməsinə töhfə verməyə çalışıb. Biz müxtəlif dinlər, millətlər və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşmanı təmin etməyə yönəlmiş çoxlu sayda tədbirlərə ev sahibliyi etmişik. Mədəni və dini müxtəlifliyə əsaslanan ayrı-seçkilik olmayan cəmiyyət qurmaq mümkündür və Azərbaycan bunun bariz nümunəsidir. Azərbaycan bu ilin aprel ayında keçirilmiş “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” mövzusunda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna müvəffəqiyyətlə ev sahibliyi etdiyi üçün qürur duyur. Bu, bir daha Azərbaycanın müxtəlif mədəniyyətlər və dinlər arasında konstruktiv qarşılıqlı əlaqənin gücləndirilməsi, sivilizasiyalar arasında beynəlxalq səviyyədə daha geniş qarşılıqlı anlaşma və hörmətin təşviq edilməsinə sadiqliyini təsdiq edir”.
Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi və islami dəyərlərin təşviq edilməsinə sadiqliyini də xatırladan E. Məmmədyarov qeyd edib ki, Bakı gələn il 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. O, ümidvar olduğunu bildirib ki, bu tədbir müsəlmanlar arasında birlik, dostluq və qardaşlıq əlaqələrini gücləndirməyə kömək edəcək.
İƏT-in Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı qanunsuz güc tətbiqi və ərazilərinin işğalı ilə bağlı ardıcıl və prinsipial mövqeyini yüksək qiymətləndirən E. Məmmədyarov deyib:
“Biz İƏT-in Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair Kontakt Qrupunun yaradılması ilə bağlı 13-cü İslam Sammitinin qərarını alqışlayırıq. Məmnunluqla bildirmək istərdim ki, Kontakt Qrupunun ilk iclası üç gün əvvəl burada, Nyu-Yorkda İllik Əlaqələndirmə Görüşü çərçivəsində müvəffəqiyyətlə keçirilib. Mən Kontakt Qrupuna daxil olan üzv dövlətlərə təşəkkürümü bildirmək istəyirəm və bir daha bütün üzv dövlətlərdən Kontakt Qrupunun ədalət və beynəlxalq hüquqa hörmətin təmin edilməsinə yönəlmiş fəaliyyətini dəstəkləməyi xahiş edirəm”.
Etikxeber.az