Nazir cəbhə bölgəsində yerləşən mobil səhra hospitalında olub

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən cəbhəyanı zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti burada fəaliyyət göstərən və yerli şəraitə uyğunlaşdırılmış mobil səhra hospitalında olublar.

Etikxeber.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, ən müasir tibbi avadanlıqla tam təchiz edilən və müharibə şəraitində ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalında yaradılan şəraitlə tanış olan Müdafiə naziri müvafiq tapşırıqlarını verib.

Etikxeber.az

 

Read Previous

“Münasibətlərin inkişafı ilə bağlı heç bir problemli məsələ görmürük” – Rusiya rəsmisi

Read Next

“Təmas xəttində yaşayanlar mərmilərin səsindən nə qədər stress keçirir” – VİTSE-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir