Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Tovuz, Şəmkir, Ağstafa və Qazax rayonlarında yaşayan vətəndaşlarla oktyabrın 27-də nəzərdə tutulmuş görüşünün tarixi dəyişdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, görüş noyabrın 3-də saat 10:00-da Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-in “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə (telefonlar: 022-315-33-73, 050-633-99-45, 050-413-30-15) müraciət etmələri xahiş olunur.
Etikxeber.az