Nazir isveçrəli deputatlarla görüşündə nə dedi?

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrəyə rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, nazir Elmar Məmmədyarov Azərbaycan və İsveçrə arasında əməkdaşlığın inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin mühüm rola malik olduğunu bildirib.

2013-cü ildə Azərbaycana səfərini, Bakıda keçirilmiş birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını və Milli Məclisin bu ilin martında İsveçrəyə səfər edən nümayəndə heyəti ilə görüşünü xatırladan Filippo Lombardi parlamentlərarası dostluq qruplarının ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verdiyini vurğulayıb.

Nazir  Ermənistan-Azərbaycan münaqişəsinin mövcud vəziyyəti, habelə danışıqlar prosesi barədə məlumat verib.

Etikxeber.az

Read Previous

“Azərbaycana qarşı mənfi cəhdlər də istisna deyil…” – SƏMƏD SEYİDOV

Read Next

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması davam edir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir