Nazir marşallı həmkarı və “Sivilizasiyalar Alyansı”nın ali nümayəndəsi ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, tərəflər Azərbaycan ilə Alyans arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıb.

Onlar Azərbaycan və Alyans arasındakı qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib və Alyansın müasir dövrün çağırışlarına qarşı mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayıblar.

Migel Anxel Moratinos Azərbaycanın müxtəlif dinlər və etnik qruplar arasında dialoqun, eləcə də multicultural dəyərlərin təşviqində rolunu və bu xüsusda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirləri/konfransları təqdir edib.

Tərəflər, həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələlərini müzakirə ediblər.

Elmar Məmmədyarov həmçinin, Marşal Adaları Respublikasının Xarici İşlər və Ticarət naziri Con Silk ilə görüşüb.

Nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıb və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tərəflər, Azərbaycan və Marşal Adaları arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə məlumat mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

“Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır…” – DEPUTAT YAZIR

Read Next

“Yuve”, “Barsa”, “Qranada”, “Betis” sevincli… – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir