Nazir müavini əhalini həyəcanlanmamağa çağırdı…

“Əmanətlərini götürmələri üçün heç bir əsas yoxdur”

“Əhalinin əmanətlərini Azərbaycan Beynəlxalq Bankdan götürməsi üçün heç bir əsas və həyəcan yoxdur”.

Etikxeber.az-ın xəbərinə görə, bunu  jurnalistlərə açıqlamasında maliyyə nazirinin müavini, Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının sədri Azər Bayramov deyib. A. Bayramovun sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən ictimaiyyətə kifayət qədər açıqlama və izahat verilib:

“Hesab edirəm ki, əlavə izahata ehtiyac varsa, bu istiqamətdə də işlərini gücləndirərlər. Əhalinin əmanətləri ilə bağlı heç bir problem yoxdur. Bilirsiniz ki, ötən il əmanətlərin sığortalanması ilə əlaqədar bütün məhdudiyyətlər aradan qaldırılıb. Həcmindən asılı olmayaraq bütün əmanətlər dövlət tərəfindən qorunur. Biz Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Kimlər tərəfindən müraciət olunursa, həmin şəxslərin öz əmanətlərini geri götürməsində heç bir problem yoxdur”.

O, deyib ki, ümumilikdə isə əmanətlərin götürülməsi üçün heç bir əsas və həyəcan yoxdur. İndi sırf xaricdən cəlb edilmiş kreditlərlə əlaqədar restruktruzasiya ilə bağlı xarici investorlarla müzakirə gedir:

“Ölkədaxili borclar, o cümlədən əhalinin əmanətləri ilə bağlı proseslər öz qaydasında davam edir və bu istiqamətdə heç bir problem yoxdur. Bankın rəhbərliyinə də tövsiyə olunur ki, bu istiqamətdə təbliğat işini daha da genişləndirsinlər”.

Etikxeber.az

Read Previous

“Mançester Yunayted” UEFA Avropa Liqasının çempionu oldu

Read Next

“Kimya Sənaye parkında bu il 4, gələn il isə 3 müəssisə fəaliyyətə başlayacaq” – NAZİR MÜAVİNİ – YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir