Nazir prezidentlə bir araya gəldi

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda  rəsmi səfərdə olan Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

Nazirlikdən Etikxeber.az-a verilən məlumata görə, Xorvatiya prezidenti Azərbaycana səfərindən, prezident İlham Əliyevlə keçirdiyi görüşlərdən və iki ölkə arasında əməkdaşlığın inkişafına dair apardığı hərtərəfli müzakirələrdən dərin məmnunluq hissi keçirdiyini bildirib.

Görüş əsnasında Azərbaycan və Xorvatiya arasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, turizm, nəqliyyat, dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsi və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Maşallah Əhmədova ittiham: “350 min manat ziyan vurub”

Read Next

Azərbaycan təbii qazının İon-Adriatik kəməri ilə Balkan ölkələrinə nəqlini səbirsizliklə gözləyirik – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir