SOCAR bizim strateji tərəfdaşımızdır. SOCAR kimi nüfuzlu Azərbaycan şirkətinin Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyalar bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu sərmayələr bizim iqtisadi inkişafımız üçün geniş imkanlar açır.
Etikxeber.az mətbuata istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın energetika naziri İliya Eloşvili söyləyib.
Nazir deyib: “Gürcüstanın qazlaşdırılması ilə bağlı SOCAR-la imzalanan uzunmüddətli müqavilə bizim üçün əsas amildir. Bu fakt bizim iqtisadiyyatımızın inkişafında mühüm rol oynayır”.
Eloşvili bildirib ki, SOCAR-ın sərmayəsi hesabına Kulevi terminalında açılmış iki yeni rezervuar Azərbaycanın və Gürcüstanın regionda və dünyada rolunu artıracaq. İqtisadi imkanlarımızı və strateji tərəfdaşlığımızı daha da möhkəmləndirəcək.
Etikxeber.az