Nazir səhra şəraitində müşavirə keçirdi – FOTOLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, nazir ərazidə idarə, xidmət, qoşun növlərinin yerləşmə nöqtələri, operativ idarəetmə qrupları və məntəqələrindəki fəaliyyətlərlə tanış olub.

Müşavirədə təlimlərə cəlb edilən birləşmə, hərbi hissələrin komandir və rəis heyətinin fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.

Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq və göstərişlər verib.

musavire4musavire3

Etikxeber.az

Read Previous

Prezident: Ölkəmiz maliyyə qabiliyyətli etibarlı tərəfdaşdır – YENİLƏNİB

Read Next

Mehdiyevə yeni vəzifə verildi – Dövlət Komissiyasına sədr təyin olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir