Nazir “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu… – SİYAHI

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə gənclərlə iş və idman sahəsində çalışan şəxslərin təltif edilməsi barədə Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanda gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxs orden və medallara layiq görülüb.

Sərəncama əsasən, Gənclər və İdman naziri Azad Rəhimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Bundan başqa, nazir müavinləri İntiqam Babayev və İsmayıl İsmayılov 2-ci dərəcəli “Vətənə xidmətə görə”, nazir müavini Fərhad Hacıyev və nazirliyin aparat rəhbəri Rüfət Həsənov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif ediliblər.

Həmçinin 4 nəfər “Tərəqqi”, 23 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medallarına layiq görülüb.

“Tərəqqi” medalı ilə

Abbasov Raqif Arif oğlu

Əhmədov Vüqar Fərman oğlu

Muxtarov Ramiz Məcid oğlu

Tağıyeva Gülgəz Əbülfəz qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Bağırov Anar Qurban oğlu

Eyvazov Tofiq Baba oğlu

Nəcəfova Afaq Sabir qızı

Əfəndiyeva – Xəlilova Aysu Elçin qızı

Əliməmmədov Süleyman Xalid oğlu

Gözəlov Azad Mikayıl oğlu

Hüseynov Fikrət Akif oğlu

İbrahimov Taleh Məmməd oğlu

Quliyev Azər Əli oğlu

Quliyev Nadir Tahir oğlu

Quliyev Sənan Səfər oğlu

Nuxbalayev Mustafa Ədalət oğlu

Manafov Camal Zülfüqar oğlu

Məmmədov Nadir Əmrulla oğlu

Məmmədova Mətanət Tahir qızı

Mirzəyev Əliniyaz Nüsrət oğlu

Mühəmmədova Kamila Eldar qızı

Rəcəbova Fidan Mübariz qızı

Səfərov İlham İlyas oğlu

Soltanov Fəxri Elxan oğlu

Surtayeva Larisa Petrovna

Tağıyeva Cəmilə Allahverdi qızı

Vəliyev Gündüz Əli oğlu.

Etikxeber.az

Read Previous

Simşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir – SABAH

Read Next

“Azdrama”nın 100 illiyi qeyd olunacaq – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir