Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.
Etikxeber.az xəbər verir ki, məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.

Qeyd edək ki, ötən il isə mərhum nazirin 40 yaşlı oğlu vaxtsız dünyasını dəyişmişdi.
Həmçinin, qeyd edək ki, Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.
1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.
1972 – ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 – ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 – cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 – cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışdır.
Azərbaycan Prezidentinin 18 mart 2006 – cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilib.
Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib.
Allah rəhmət etsin!
Etikxeber.az





