Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib.
Etikxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ermənistan parlamentinin üzvü Koryun Nahapetyan Türkiyəni bəzi məsələlərdə ittiham edib: “Türkiyə İŞİD-ə dəstək verir”.
M. Çavuşoğlu isə buna sərt reaksiya göstərib: “Fikirlərimiz müxtəlif ola bilər, amma əvvəlcə dürüst olmalıyıq. Siyasətçi olduğumuz üçün dürüstlüyə daha çox diqqət yetirməliyik. Təəssüf ki, erməni dostlarımız heç vaxt dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə deyə bilərsiniz? İndiyədək hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusu məhv edib? Heç de dürüst olmayan formada İŞİD-i dəstəklədiyimizi deyirsiniz”.
Etikxeber.az