Nazirlə yeni səfir bir arada – FOTO

Xarici İşlər nazir Elmar Məmmədyarov Xorvatiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Branko Zebiçlə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edib və ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla vurğulayıblar.

Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Xarici İşlər naziri Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Etikxeber.az

Read Previous

Bu ölkə Qlobal Səyahətlər İndeksində ən yaxşı turizm istiqaməti adlandırıldı

Read Next

Ağdaşlı sahibkara və Çingiz Qənizadəyə atılan böhtanın arxasındakı şok mübhəm…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir