Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
AŞPA-nın payız sessiyasının plenar iclasında Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Estoniyanın xarici işlər naziri Yurgen Liqi ötən sessiyadan sonra görülən işlər, başlıca hədəflər haqqında məlumat verib və deputatların suallarını cavablandırıb.
Etikxeber.az-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurasına üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi zərurətinə diqqəti çəkərək belə bir sualla müraciət edib: “Turizm iqtisadi faydalardan əlavə ölkələr arasında əlaqələrin dərinləşməsində, dostluq münasibətlərinin inkişafında müstəsna yer tutur. Mahiyyəti etibarı ilə onun həm də siyasi yükü var. Avropa Şurasına üzv ölkələrin bir qismi arasında belə əlaqələr ya ümumən mövcud deyil, ya da olanlar fərdi təşəbbüslərdən qaynaqlanır və pərakəndə şəkildə mövcuddur. Avropa Şurasına daxil olan ölkələr arasında turizm əlaqələrini inkişaf etdirmək məqsədilə Nazirlər Komitəsi xüsusi proqram hazırlayaraq bu işi bir sistem halında reallaşdırmaq üçün təşəbbüskar ola bilərmi?”
Sualı cavablandıran sədr bildirib ki, üzv ölkələr arasında mədəni əlaqələrin inkişafı, əməkdaşlığın daha intensiv şəkil alması Nazirlər Komitəsinin daimi maraq dairəsində olan məsələlərdəndir. Avropa Şurasının bu istiqamətdə çox iş gördüyünü bildirən nazir həmin fəaliyyətlərin genişləndirilməsi üçün yeni imkanların axtarılmasının vacibliyini vurğulayıb. O, Avropa Şurasında “Mədəniyyət marşrutları haqqında razılaşma” adlanan bir sənədin mövcud olduğunu, mədəniyyət münasibətlərinin, qarşılıqlı sosial proqramların, turizm əlaqələrinin həmin çərçivədə gerçəkləşdirildiyini bildirib.
Nazirlər Komitəsinin sədri əlavə edib ki, R. Hüseynovun turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə xüsusi proqramın tərtib edilməsi təklifi diqqətəlayiqdir və həmin proqram rəmzi Avropa Evinin yaranması, üzv ölkələrin bir-birini daha yaxından tanıması və əlaqələrin inkişafı üçün əhəmiyyətli təsir göstərə bilər.
Etikxeber.az