Nazirlərlə həmsədrlər yenidən bir araya gələcək – MİLANDA

ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə 5 dekabr tarixində Milanda görüş keçiriləcək.

Etikxeber.az-ın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinə istinadən məlumatına görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.

Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Etikxeber.az

Read Previous

Bakıda içməli suyun verilməsində məhdudiyyətlər olacaq…

Read Next

ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqdəki vitse-admiralının cəsədi tapıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir