Nazirlik 509 akt və 264 protokol tərtib etdi…

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində məişət və istehsalat tullantılarının mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Etikxeber.az-a verilən məlumata görə, məişət tullantılarının mühafizəsi üzrə ETSN əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 453 akt və 248 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 291 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 223 iş üzrə 203770 manat məbləğində cərimə, 928 iş üzrə isə 134967,07 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 108 işdən 91-nə, icra qruplarına göndərilmiş 145 işdən 41-nə və məhkəmələrə göndərilən 15 işdən 5-nə baxılıb. Qalan işlər isə hazırda icraatdadır.

İstehsalat tullantılarının mühafizəsi üzrə hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 56 akt və 16 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 27 müddətli məcburi göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 16 iş üzrə 24300 manat məbləğində cərimə, 796 iş üzrə isə 201765,7 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 7 işdən 2-nə, icra qruplarına göndərilmiş 12 işdən 11-nə və məhkəmələrə göndərilən 9 işdən 4-nə baxılıb, 11 iş isə hazırda icraatdadır.

 Etikxeber.az

Read Previous

Bakıda seydən külli miqdarda pul oğurlayan dəstə həbs olundu – DİN

Read Next

Astanada Suriya münaqişəsi üzrə danışıqlar başladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir