Nazirlik: Fərdi uçot sistemində qeydiyyatda olanların sayı artıb

Cari ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 156 758 nəfər, o cümlədən oktyabr ayında 20 234 nəfər üçün fərdi şəxsi hesab açılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumat görə, bununla da 01 noyabr 2016-cı il tarixinə fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 336 912 nəfərə çatıb.

Vətəndaşların gələcək etibarlı pensiya təminatı üçün fərdi hesablarında pensiya kapitalı toplamalarına imkan yaradan bu sistemdə qeydiyyatda olanların 673 515 nəfəri (20,2 faiz) 30 yaşa qədər, 850 054 nəfəri (25,5 faiz) 30-40 yaşlarında olan şəxslərdir. Həmçinin sistemdə qeydiyyata alınanlar arasında 40-50 yaşlarında olanlar 669 295 nəfər (20,1 faiz), 50-60 yaşlarında olanlar 702 513 nəfər (21,1 faiz) təşkil edir. Qalanları isə 60 yaşdan yuxarı olan şəxslərdən ibarətdir.

Fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan vətəndaşlar onlar üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası, hesablarında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat əldə etmək imkanına malikdir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti fəaliyyət göstərir.

Həmçinin nazirliyin “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Sığorta edənin (Hüquqi şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” və digər e-xidmətləri vasitəsilə vətəndaşlar müvafiq sahələrdə xidmətlərdən elektron müstəvidə və şəffaf şəkildə faydalanmaq imkanlarına malikdirlər.

Etikxeber.az

Read Previous

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradıldı – FƏRMAN

Read Next

“İşğal teatr sənətindən də yan keçməyib…” – Əbülfəs Qarayev

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir