Nazirlik sertifikasiya imtahanlarının nəticələrini açıqladı

Səhiyyə Nazirliyinin 27-28 sentyabr tarixlərində keçirilmiş sertifikasiya imtahanlarının nəticələri açıqlanıb.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, imtahanlarda ümumilikdə 232 həkim iştirak edib, onlardan 34-ü imtahandan keçə bilməyib.

Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.

Etikxeber.az

Read Previous

“Nazirlər Kabinetinin qərarıyla ölkədə istehsal olunan məhsulların inkişafına da daha böyük önəm verəcəyik”- DGK sədri

Read Next

“Vaxt varıydı Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çox idi…” – EKSPERT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir