“Nazirliklərdə çalışan müavinlərə, şöbə müdirlərinə baxsanız görəcəksiniz ki, onlar gənclərdir” – ƏLİ HƏSƏNOV

Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı keçirilir.

Etikxeber.az xəbər verir ki, konfransda Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, deputatlar, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Ə. Həsənov bildirib ki, müstəqilliyin 25 illik tarixi son aydır ki ayrı-ayrı tədbirlərdə müzakirə olunur: “Müasir gənclik müstəqillik tariximizin ayrılmaz bir hissəsini təşkil edir. Bu gün tədbirdə gəncliyimizin avanqard hissəsini təşkil edən gənclərimiz iştirak edir. Biz 1992, 93 və 94-cü illərdəki gəncliklə indiki gəncliyi müqayisə etsək görərik ki, yerlə göy qədər fərq var. O dövrdə hakimiyyət qarşıdurmasının təməlində də gənclər dururdu. Ümummilli lider prezident seçildikdən sonra ayrıca gənclərlə bağlı bir nazirlik yaradılması haqqında fərman verdi.

Heydər Əliyevin yürütdüyü siyasət İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanda adət ənənələrini bilən vətənpərvər nəsil yetişib. Azərbaycan gəncliyi həm də dünyada rəqabətə davamlı olmalıdır, elm və texnologiyanı bilməlidir. Bütün sahələr üzrə çalışan şəxslərə baxsanız görərik ki, əksəriyyətini gənclər təşkil edir. Bu gənclər də müstəqillik dövründə yetişib. Nazirlikdə çalışan müavinlərə, şöbə müdirlərinə baxsanız görəcəksiniz ki, onlar gənclərdir”.

Qeyd edək ki, konfrans Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar baş tutub.

Etikxeber.az

 

Read Previous

Xalq artisti İlham Əliyevə təşəkkür etdi

Read Next

“Ermənistan və tərəfdarları üçün daha bir gözlənilməz nəticə…” – PA RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir