Nazirliyin “suçəkmə işləri aparılır” iddiasına inanaq?

Respublika ərazisində yağan leysan yağışları ilə əlaqədar paytaxtın bəzi küçələrini subasma olub. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları texnikanın köməyi ilə suçəkmə işləri aparır.

Etikxeber.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərərgahının əməliyyat növbətçisi, daxili xidmət polkovnik-leytenantıYaşar Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, yağmurlu hava şəraiti ilə əlaqədar Bakı şəhərinin müxtəlif rayonlarında və ərazilərində subasmalar olub. FHN-in 101 və 112 xidmətlərinə daxil olan zənglərə əsasən hazırda nazirliyin 20-dən artıq texnikası bu ərazilərdə suçəkmə işləri ilə məşğuldur:

“Bizim xidmət vətəndaşların müraciətlərinə əsasən hara lazım olarsa ora texnika cəlb olunmasına hazırdır”.

Etikxeber.az

Read Previous

İtalyanlar vergi fırıldağına görə dünyada öndə gedənlər sırasındadır

Read Next

UEFA Çempionlar Liqası: Qrup mərhələsində ikinci tura yekun vuruldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir