“Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək…”-MEHRİBAN ƏLİYEVA

Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada“Xarıbülbül” musiqi festivalının başlaması ilə bağlı paylaşım edib.

Etikxeber.az xəbər verir ki, M. Əliyevanın rəsmi “Instagram” hesabından etdiyi paylaşımda deyilir:

“Əziz bacılar və qardaşlar!

Böyük qürurla sizə bildirirəm ki, bu gün əlamətdar gündür. Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş bizim qədim doğma Şuşa şəhərimizdə “Xarıbülbül” musiqi festivalı dirçəlir. Neçə illik həsrətdən sonra əfsanəvi Cıdır düzündə yenidən Azərbaycan muğamı səslənəcək. Böyük məmnuniyyətlə Qarabağa səfərimizin görüntülərini sizinlə paylaşıram.

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”

Etikxeber.az

Read Previous

Şuşada “Xarıbülbül” müsiqi festivalı-ŞUŞADA BAYRAM NAMAZI QILINACAQ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik və təbiətin qoynunda armudu stəkanda çay içirik…”-İLHAM ƏLİYEV VƏ MEHRİBAN ƏLİYEVA YENİDƏN ŞUŞADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir