Neft Fondunun investisiya portfelində 47,6 faizi ABŞ dolları, 35,3 faizi avro təşkil edir

Bu il oktyabrın 1-ə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi aktivləri 35 milyard 822,1 milyon ABŞ dollarına bərabər olub. Bu vəsaitin 33 milyard 949,6 milyon (94,8 faiz) ABŞ dollarına bərabər hissəsi investisiya portfelinin payına düşür. Manat vəsaitlərinin valyuta ifadəsində həcmi isə 1 milyard 872,5 milyon (5,2 faiz) ABŞ dollarına bərabərdir.

Etikxeber.az  xəbər verir ki, ARDNF-in investisiya portfelində 16 milyard 155,1 milyon (47,6 faiz) ABŞ dolları (+ MSCI indeksi üzrə), 10 milyard 694,4 milyon (35,3 faiz) avro, 1 milyard 269,2 milyon (4,9 faiz) funt-sterlinq, 284,4 milyon (0,6 faiz) Avstraliya dolları, 1 milyard 215,2 milyon (1,2 faiz) Türkiyə lirəsi, 33 milyard 154,9 milyon (1,5 faiz) Rusiya rublu, 491 milyard 975 milyon (1,3 faiz) Koreya vonu, 3 milyard 183,8 milyon (1,4 faiz) Çin yuanı, 36 milyard 360,9 milyon (1,1 faiz) Yaponiya yeni, 440,2 milyon (1,3 faiz) digər valyutalar, 1 milyard 278,7 milyon (3,8 faiz) qızıl (970,146 troya unsiya, 30,17 ton) təşkil edir.

Qeyd edək ki, bu il oktyabrın 1-ə Neft Fondunun aktivləri 2016-cı ilin əvvəlinə nisbətən 6,7 faiz artıb.

Etikxeber.az

Read Previous

Fuad Poladov Hikmət Rəhimova görə “Azdrama”-dan getdi

Read Next

“Qanlı terraktların baş verdiyi bir dövrdə ölkəmizdə sabitlik qorunub saxlanılır” – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0