Sloveniyanın Maribor şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatı başa çatıb.
Etikxeber.az xəbər verir ki, “Neftçi İdman Klubu”nun milli komandanın heyətində təmsil olunan kikboksçularından Anar Əhmədov (51 kq, K-1 kontakt) və Çingiz Əhmədzadə (51 kq, lou-kontakt) yalnız final döyüşündə məğlub olaraq qitə çempionatının gümüş medalı ilə kifayətləniblər.
Elşad Ələsgərov (54 kq, K-1 kontakt) isə bürünc medala sahib olub.
Veteranlar arasında təşkil olunan yarışda isə Sadıq Bağırov üçüncü yeri tutub.
Etikxeber.az