“Neftçi” Namiq Ələsgərov və gürcüstanlı müdafiəçi Navalovski ilə müqavilə bağladı

“Neftçi” klubu heyətini Azərbaycan və Gürcüstan milli komandalarında çıxış edən futbolçularla gücləndirib.

Klubdan Etikxeber.az-a bildiriblər ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Namiq Ələsgərov və gürcüstanlı müdafiəçi Georgi Navalovski ilə müqavilə bağlayıb.

Namiq Ələsgərov “Bakı”, “Qarabağ” və “Kəpəz” klublarında və U-17, U-19, U-21 yığmalarında çıxış edib. İyirmi bir yaşlı futbolçu hazırda Azərbaycan milli komandasının üzvüdür.

Georgi Navalovski isə “Dinamo” (Tbilisi), “Olimpi”, “Dila” (hər üçü Gürcüstan), “Anji”, “Volqa”, “Ximki”, “Metallurq-Kuzbass”, “SKA-Energiya”, “Tosno” (hamısı Rusiya) və Yunanıstanın “Veriya” klublarında forma geyinib. 2010-cu ildə Bakının “İnter” klubunun şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.

Etikxeber.az

Read Previous

Çeşidli və tarazlaşdırılmış yeməklərlə qidalanan insanlar daha rahat yatırlar…

Read Next

Goranboyda bir gündə üç nəfər dəm qazından zəhərləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir