Neftçi neftçini bıçaqla qətlə yetirdi – NEFT DAŞLARINDA

Dekabrın 12-də saat 11-50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.

Etikxeber.az-ın xəbərinə görə,  SOCAR-dan bildirilib ki, nəticədə Anar Əsgərov Azər Xalıqova bıçaqla xəsarət yetirib.

A. Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə ilə bağlı hüquq – mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.

Etikxeber.az

Read Previous

“Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb…” – NƏSİMİ PAŞAYEV

Read Next

Bakıda Azərbaycanın, İranın və Türkiyənin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir