“Neftçi” UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə-YÜKSƏLDİ VƏ RƏQİBİ MƏLUM OLDU – YENİLƏNİB

Bakının “Neftçi” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Etikxeber.az xəbər verir ki, Bakı təmsilçisi turnirin cavab oyunları çərçivəsində “Aris”i (Kipr) qəbul edib.

Bakıda, “Bakcell Arena”da keçirilən oyunda “Neftçi”nin start heyətində İvan Brkiç, Mamadu Mbodj, Solomon Kvirkveliya, Kenni Sayef, Voislav Stankoviç, Emin Mahmudov, Qodsvey Donyo, Eddi İsrafilov, Azər Salahlı, Ataa Caber və Yusuf Laval yer alıblar.

Kipr təmsilçisinin heyətində isə meydana Vana, Kaju, Leo Benqtsson, Morqan Braun, Delmiro Evora Naskimento, Artur Yannik Qomis, Stiv Yaqo, Mixlali Mayambela, Martin Sloqar, Frants Brorsson və Yulius Syoke çıxıblar.

Almaniyalı baş hakim Bastian Dankertin idarə etdiyi oyunda “Neftçi” rəqib qapısından 3 cavabsız top keçirib. Matçın 38-ci dəqiqəsində Qodsvey Donyo, 57-ci dəqiqəsində Eddi İsrafilov və 63-ci dəqiqəsində isə Kenni Sayef fərqləniblər.

“Neftçi” – “Aris” matçında qonaqlar azlıqda qalıb. Belə ki, Kipr təmsilçisinin ingiltərəli yarımmüdafiəçisi Morqan Braun 82-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Kiprdə keçirilən ilk oyunda Bakı klubu 0:2 hesabı ilə məğlub olub.

İki oyunun nəticəsinə görə, “Neftçi” klubu UEFA Konfrans Liqasının növbəti mərhələsinə yüksəlib.

Azərbaycan təmsilçisi növbəti mərhələdə “Rapid” (Vyana, Avstriya) – “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

23:30

***

“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Azərbaycan vitse-çempionu Avstriyanın “Rapid” klubu ilə görüşəcək.

Vyana təmsilçisi II təsnifat mərhələsində Polşa “Lexiya”sını mübarizədən kənarlaşdırıb.

Evdə qolsuz sülhlə kifayətlənən “Rapid” rəqib meydanında vurulan iki qolla qalib gəlib. Polşalılar bu toplardan yalnız birinin əvəzini çıxa bilib – 1:2.

III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də baş tutacaq. İlk matç Bakıda baş tutacaq.

Qeyd edək ki, “Neftçi” iki oyunun nəticəsində Kipr “Aris”ini mübarizədən kənarlaşdırıb – 0:2, 3:0.

Etikxeber.az

Read Previous

Daha 357 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

“Rusiya öz qazını bizə satmağa məcbur deyil…”-COZEF BORRELL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir