Neftçilər prospektindəki digər dəmir yolu da sökülür- FOTO

Ötən ilin dekabrında Türkmənistandan Qara dənizə qədər, Azərbaycan üzərindən karbamit yükünün tranzit nəql edilməsi prosesi həyata keçirilib.

Etikxeber.az-ın məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova mətbuata açıqlamasında bildirib ki, sınaq məqsədi daşıyan həmin nəql prosesi zamanı yük gəmilərlə Bakı terminalına daşınıb, orada isə vaqonlara yüklənərək Gürcüstana yola salınıb. Hava şəraiti ilə əlaqədar Xəzər dənizində bərə daşımalarında bəzi gecikmələr yarandığından bu yüklər tıxac əmələ gələn Ələt yox, məhz Bakı terminalına yönəldilib. Sınaq nəql prosesi uğurlu olduğundan 2017-ci ildə 300 min ton karbamitin bu marşrut üzrə daşınması planlaşdırılır.

Qeyd olunub ki, yüklərin limandan sonra dəmir yolu ilə nəqli üçün Bakı limanı istiqamətində olan dəmir yollarının balans saxlayıcısı Bakı Beynəlxalq Dəniz Limanı ilə birlikdə DYP-nin Siqnal idarəsi cəlb olunmaqla, Neftçilər prospektini kəsən dəmir yolu üzərində təhlükəsizlik tədbirləri gücləndirilməkdədir.

Bərə terminalının Ələt qəsəbəsində inşa edilmiş yeni dəniz limanına köçürülməsi ilə əlaqədar Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu, prospekt boyunca avtomobillərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədi ilə 2017-ci il yanvarın 4-də sökülüb, “Azəravtoyol” ASC tərəfindən asfalt örtüklə əvəzlənib. 2017-ci il yanvarın 7-də isə Əhmədli stansiyası istiqamətində Neftçilər prospektini kəsən və istifadə olunmayan digər dəmir yolu sökülərək asfalt örtüklə əvəz ediləcək.

Etikxeber.az

Read Previous

Ermənilər atəşkəs rejimini 44 dəfə pozub

Read Next

Rusiyanın seçkilərə müdaxiləsinə dair məxfi hesabat Obamaya təqdim olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir