Netanyahu: “Azərbaycanla Qazaxıstan müsəlman dünyasının vacib ölkələridir”

“Azərbaycan və Qazaxıstan müsəlman dünyasının vacib və böyük ölkələridir”.

Etikxeber.az məlumat verir ki, bu sözləri İsrailin baş naziri Benyamin NetanyahuAzərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib:
“Azərbaycanla Qazaxıstan müsəlman dünyasının iki böyük və vacib  ölkəsidir. Bizim məqsədimiz onlarla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətləri gücləndirməkdir. Vaxtaşırı  İsrail ilə bağlı eşitdiklərinizdən fərli olaraq, İsrail nəinki siyasi təcriddən əziyyət çəkir, tam əksinə, bu ölkələr İsraillə münasibətlərini gücləndirmək istəyir. Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra indi növbə müsəlman dünyasının vacib ölkələrinə çatıb”.

B. Netanyahu ilk dəfə 20 il əvvəl baş nazir kimi Azərbaycana səfər etdiyini və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. O, hazırkı səfərini davamlılıq və vacib irəliləyiş adlandırıb.

B. Netanyahu Azərbaycandan Qazaxıstana yola düşəcək.

Etikxeber.az

Read Previous

Hava sabahdan kəskin pisləşəcək, çovğun olacaq, yollar buz bağlayacaq

Read Next

Nazirlik təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir